fim.az

Çay evində dava, polis xəstəxanalıq oldu

21-05-2019, 09:18

Çay evində dava, polis xəstəxanalıq oldu



Gəncədə polis əməkdaşı dava zamanı xəsarət alıb.

“Qafqazinfo”ən xəbər verir ki, şəhər sakini, 1990-ci il təvəllüdlü Süleymanov Mehman Natiq oğlu müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, polis əməkdaşı olan M. Süleymanov Gəncə bulvarında olan çay evlərinin birində dava zamanı döyülüb. Münaqişənin xidmət zamanı baş vermədiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 307}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22