fim.az

Bakıda tükürpədən namus cinayətinin bəzi detalları məlum olub

27-05-2019, 09:48

Bakıda tükürpədən namus cinayətinin bəzi detalları məlum olub


3 gün əvvəl Bakıda törədilmiş dəhşətli qəttlə bağlı bəzi məqamlar üzə çıxıb.

Publika.az xəbər verir ki, Nəsimi rayonu ərazisində binanın zirzəmisindən meyiti tapılan 30 yaşlı Orxan Əliyevin namus üstündə öldürüldüyü məlum olub.

Araşdırmalar zamanı məlum olub ki, hadisəni törədən 42 yaşlı Mehrac Qəhrəmanov bir neçə gün əvvəl həbsxanadan çıxıb. Əvvəllər də bir neçə dəfə məhkumluğu olan Mehrac azadlığa çıxandan sonra bacısının hərəkətlərindən şübhələnib. O, bacısının telefonunda Orxanla yazışmalarını tapıb və onu axtarmağa başlayıb. Bakının mərkəzində Orxanla görüşən Mehrac onunla dalaşıb və döyərək xəsarətlər yetirib. Bacısının sevgilisini öldürən şəxs onun meyitini Nəsimi bazarı kimi tanınan ticarət mərkəzinin yaxınlığındakı binalardan birinin zirzəmisinə ataraq uzaqlaşıb.

Artıq hadisəni törədən şəxs tutulub, faktla bağlı araşdırmalar davam etdirilir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 289}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22