fim.az

İcra başçısı gecəyarısı yanan əraziyə gəldi

13-06-2019, 10:33

İcra başçısı gecəyarısı yanan əraziyə gəldi


Xəbər verdiyimiz kimi, ötən gecə Şamaxının Çöl Göylər kəndində taxıl zəmilərində yanğın baş verib.

“Qafqazinfo”nun məlumatına görə, gecə saatlarında Şamaxı rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov hadisə yerinə gəlib. İcra başçısı fermerlərlə və kənd sakinləri ilə görüş keçirib. Həmçinin T.Məmmədov kənd sakinlərinin əraziyə keçməməsi üçün tapşırıq verib. O, yanğın söndürülənə kimi ərazidə olub.

Bundan əlavə, Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri də gecə saatlarında yanğın baş verən ərazidə olublar.

Qeyd edək ki, yanğın əvvəl otlaq sahəsində baş verib. Daha sonra isə biçilməmiş taxıl zəmilərinə keçib. Kənd sakinlərinin sözlərinə görə, 1000 hektar taxıl sahəsi yanıb. Bunun da 100-150 hektarı biçilməmiş taxıl sahəsinin payına düşür.

Yanğın baş verən ərazi kənd ərazisinə yaxın olduğu üçün bir nəfər kənd sakininin minik avtomobili yanaraq yararsız vəziyyətə düşüb. Yanğının kəndlərə və meşə sahəsinin keçməsinin qarşısı alınıb və səhər saat 6 radələrində tam söndürülüb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 332}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22