fim.az

Bakıda maşının vurduğu qadın küçədə can verdi – DƏHŞƏTLİ VİDEO

24-06-2019, 10:15

Bakıda maşının vurduğu qadın küçədə can verdi – DƏHŞƏTLİ VİDEO

Ötən gün axşam saatlarında Bakının Sabunçu rayonunda piyada vurulması ilə nəticələnən yol qəzası baş verib.

Bu barədə hadisə şahidləri BAKU.WS-in “qaynar xətti”nə məlumat veriblər.

Bildirilib ki, Bakıxanov qəsəbəsində, “Ellada” restoranı yaxınlığında orta yaşlı qadını maşın vurub.

“Ağır yaralı halda yerə uzanan qadına yardım göstərmək üçün təcili tibbi yardım həkimləri çağırılıb. Lakin təcili yardım həkimləri hadisə yerinə gec gəldikləri üçün piyada dünyasını dəyişib”, – deyə hadisə şahidləri bildiriblər.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 361}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22