fim.az

Efirdə söyüş söyən müğənnilərin növbəti MƏHKƏMƏSİ

24-06-2019, 15:00

Efirdə söyüş söyən müğənnilərin növbəti MƏHKƏMƏSİ













Xüsusi ittihamçı Rahim Sadıqlı "Space" televiziyasının efirində işlətdiyi ifadələrə görə müğənni Rüfət Axundov və Rəşad İlyasova qarşı Yasamal Rayon Məhkəməsinin çıxardığı qərardan narazı qalaraq apellyasiya şikayəti verib.
Onun şikayəti ilə bağlı məhkəmə hazırlıq iclası Bakı Apellyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyi ilə iyun ayının 25-də keçiriləcək.
Qeyd edək ki, bu il aprelin 5-də “Space TV"nin “Hər səhər” verilişində müğənni R.Axundovla R.İlyasov qonaq olub. Milli Tеlеviziya və Radiо Şurasının (MTRŞ) yaydığı məlumata əsasən, R.Axundov mahnı oxuyarkən dəfələrlə qeyri-etik ifadələrdən istifadə edib. Kanalın efirində gedən ədəbsiz söz və ifadələr Şura tərəfindən aparılan monitorinqlər zamanı aşkar olunub. MTRŞ tərəfindən televiziya və radio rəhbərlərinə şifahi xəbərdarlıq edilərək ki, R.Axundovun efirə çıxmasına məhdudiyyət qoyulub. Yasamal Rayon Məhkəməsi isə "Space" televiziyasını 6 min manat məbləğində cərimələyib.
Daha sonra vətəndaş Rahim Sadıqlı Yasamal Rayon Məhkəməsinə müraciət edərək hər iki müğənninin Cinayət Məcəlləsinin 148-ci (təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma) maddəsinin sanksiyası çərçivəsində cəzalanmasını tələb edib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 301}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22