fim.az

Ərəblərin “Park-bulvar”dakı davası ilə bağlı - Rəsmi açıqlama

4-07-2019, 15:06

Ərəblərin “Park-bulvar”dakı davası ilə bağlı - Rəsmi açıqlama

Bakıda ərəb turistlə Azərbaycan vətəndaşının əlbəyava dava etməsi barədə yayılan video görüntülərlə bağlı rəsmi açıqlama verilib.

Bakı Şəhər Baş Polis İdarəsinin sözçüsü Elşad Hacıyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, hadisə “Park Bulvar” Ticarət Mərkəzində baş verib.

"Ərəb turistlərin arasında anlaşılmazlıq olub və bu mübahisə ilə nəticələnib. Hadisəni əks etdirən video görüntü sosial şəbəkələrdə yayımlanıb. Həmin davada Azərbaycan vətəndaşı iştirak etməyib.

Hazırda faktla bağlı 39-cu Polis Bölməsində araşdırma aparılır".


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 359}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22