fim.az

FHN Sabirabad Mərkəzi bazarındakı yanğınla bağlı məlumat yayıb

16-07-2019, 10:35

FHN Sabirabad Mərkəzi bazarındakı yanğınla bağlı məlumat yayıb

Fövqəladə Hallar Nazirliyi (FHN) Sabirabad rayonunun Mərkəzi bazarında baş verən yanğınla bağlı məlumat yayıb.

FHN-dən bildirilib ki, iyulun 16-da səhər saatlarında Sabirabad şəhəri, İlham İskəndərov küçəsində mağazalarda yanğın olması barədə Nazirliyə məlumat daxil olub.

İlkin məlumata əsasən, yanğın nəticəsində ümumi sahəsi 1060 m2 olan 2 mağaza və ümumi sahəsi 7650 m2 olan Mərkəzi bazarın ərazisində 3 dükan 70 m2 sahədə (ümumi 1130 m2) yanıb. Yanğının söndürülməsinə DYMX-nın 11 texnikası cəlb edilib. Yanğın söndürülüb.

Digər bitişik mağazalar və bazarın qalan ərazisi yanğından mühafizə olunub.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 305}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22