fim.az

Azərbaycanda maraqlı toy: hər şeyi oğurladılar (VİDEO)

17-07-2019, 10:00

Azərbaycanda maraqlı toy: hər şeyi oğurladılar (VİDEO)

Günün günorta çağı evə girib əllərinə keçəni- toyuq-cücəni, qab-qacağı oğurlayırlar.

Oğurladıqları qəniməti də özləri ilə aparırlar…

Bütün bu hadisələr isə ev sahibinin gözü önündə baş verir. Sonda oğurlanan malla rəqs edib, sahibindən halallıq alınır.

Görüntülər Tovuz rayonunda təşkil olunan toyların birindəndir. Burda bəyin yaxınları qız evindən oğurluq etmədən getmirlər.

Oğurluq edənlər isə adətən bəyin dostları olur.

Yerli sakinlərin sözlərinə görə, əvvəllər, hətta iribuynuzlu heyvanları da oğurlayıblar. Bu cür adətlər yüz illərdir ki, davam edir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 293}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22