fim.az

Arının sancdığı müəllim yıxılıb öldü - Yenilənib

19-07-2019, 11:24

Arının sancdığı müəllim yıxılıb öldü - Yenilənib

Tovuzda orta məktəb müəllimi ölüb.

APA xəbər verir ki, Tovuz rayonunun Mahir Ələkbərov adına orta məktəbdə çalışan 1963-cü il təvəllüdlü Rüstəmov Ələsgər Əli oğlunu arı sancıb.

O, xəstəxanaya aparılarkən yolda keçinib.

***

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Ə.Rüstəmov öz evinin damını təmir edərkən orada onu arı sancıb. Müvazinətini itirən müəllim yerə yıxılıb və bu zamanı başı daşa dəyib. Tarix müəllimi olan Ələsgər Rüstəmov hadisə nəticəsində vəfat edib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 36}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel: (+99455) 252 72 22