fim.az

Elinanın ölümünə görə keçmiş məktəb direktoru hakim qarşısında – Həbsi tələb edilir

19-07-2019, 11:38

Elinanın ölümünə görə keçmiş məktəb direktoru hakim qarşısında – Həbsi tələb edilir

Məktəbli Elinanın ölümünə görə məktəb direktoru yenidən hakim önünə çıxarılıb.

162 saylı orta məktəbin keçmiş direktoru Sevin Abbasova məhkəməyə gətirilib.

Onun barəsində həbs-qətimkan tədbiri seçilməsi üçün mərhumun anası və vəkilləri Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Məhkəmə müddət keçdiyi üçün zərərçəkmiş tərəfin vəsatətini təmin etməyib.

Belə ki, Sevin Abbasova barəsində polis nəzarətinə verilmə qətimkan tədbirinin 2 ay da uzadılması ilə bağlı qərar iyulun 9-da verilib. Zərərçəkmiş tərəf bundan 3 gün ərzində şikayət verə bilərdi.

Elinanın ailə üzvlərinin vəkilləri bildirib ki, qərarın surəti gec alındığı üçün apellyasiya şikayəti vaxtında verilməyib. Vəkillər müddətin bərpası üçün məhkəməyə müraciət edib.

Xatırladaq ki, məhkəmənin qərarı ilə Sevin Abbasova barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib və o, ev dustaqlığındadır.

Xatırladaq ki, məktəbdə intihar edən, 8-ci sinif şagirdi Elina Hacıyevanın ölümü ilə bağlı məktəbin direktoru Sevinc Abbasova cinayət məsuliyyətinə cəlb edilib.

S.Abbasova Cinayət Məcəlləsinin 143-cü (Təhlükədə qoyma) və 314.2-ci (Səhlənkarlıq; zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 344}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22