fim.az

Dələduzluqda ittiham edilən “Leyla” şadlıq sarayının administratoru danışdı: “Hamısı yalandır”

8-08-2019, 15:00

Dələduzluqda ittiham edilən “Leyla” şadlıq sarayının administratoru danışdı: “Hamısı yalandır”

Bir müddət öncə Bakı şəhəri, Nəsimi rayonu, 9-cu mikrorayon, Mir Cəlal 11 ünvanında yerləşən “Leyla” şadlıq sarayının administratorunun toy sahiblərinə qarşı dələduzluq etməsi ilə bağlı xəbər dərc etmişdik.

Xəbərdə deyilirdi ki, şadlıq sarayının Akif adlı administratoru bu ilin iyun, iyul və avqust ayının əksər günləri üçün orada toy etmək istəyən 100-ə yaxın şəxsdən beh alaraq toy günü təyin edib. Daha sonra aldığı behləri götürərək qaçıb. Dələduzluqda ittiham edilən şəxs isə deyir ki, bu məlumatlar həqiqəti əks etdirmir.

Belə ki, pulları götürüb qaçmaqda ittiham olunan Akif adlı şəxs “Minval.İnfo” saytı ilə əlaqə saxlayaraq məlumatı təkzib edib: “Mənim 52 yaşım var. Xəbər yayılandan özümə gələ bilməmişəm. Bakının ən lüks restoranlarında çalışmışam. Bu sahədə çalışanlar məni yaxşı tanıyır. Haqqımda deyilənlərin hamısı yalandır. Birincisi mən heç yerə qaçmamışam, Bakıda, evimdəyəm. Bundan əlavə, əgər iddia edildiyi kimi “Leyla” şadlıq sarayının 100-ə yaxın behini də vermiş müştərisi, yəni toyu var idisə, oranı niyə mərasim evi etdilər? Gəlir gətirən restoran bağlanarmı? Təbii ki, xeyr.

Məni sevməyən, düşmənlik edən kimlərsə bu yalan məlumatı ötürüb mətbuata. Ayıbdır, mənə bu hərəkət yaraşmaz. Mən bir nəfərin də pulunu götürüb qaçmamışam. Əgər belə şey olubsa məni polisə şikayət edə bilərlər”.

Qeyd edək ki, hadisə haqqında ilk məlumatı Report.az yayıb


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 287}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22