fim.az

Azərbaycanda dəhşət – babasıgilə qonaq gedən 10 yaşlı faciəvi şəkildə öldü

22-08-2019, 11:50

Azərbaycanda dəhşət – babasıgilə qonaq gedən 10 yaşlı faciəvi şəkildə öldü

Qubada 10 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.

Trend bildirir ki, hadisə rayonun Xanagah kəndində baş verib.

Bakı şəhərində yaşayan, 2009-cu il təvəllüdlü, 3-cü sinif şagirdi Cəfərov Rəsul Ramiz oğlu babası Mansurov Nurəddin İsmayıl oğlunun Quba rayonunun Xanagah kəndindəki evinə qonaq gedib. R.Cəfərov həmin evin hamam otağında olarkən dəm qazından boğularaq huşunu itirib.

Uşaq huşunu itirmiş vəziyyətdə anası tərəfindən aşkar edilsə də onun həyatını xilas etmək mümkün olmayıb. R.Cəfərov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 399}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22