fim.az

Zəhərlənməyə görə Bakıdakı məşhur “BİR-İKİ” dönərxanası bağlandı – Araşdırma başladı

20-09-2019, 09:59

Zəhərlənməyə görə Bakıdakı məşhur “BİR-İKİ” dönərxanası bağlandı – Araşdırma başladı

Bakıda məşhur “BİR-İKİ” dönərxanada baş vermiş zəhərlənmə ilə əlaqədar araşdırmalara başlanılıb.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib.

Məlumatda bildirilir ki, agentliyin 1003 Çağrı Mərkəzinə daxil olmuş məlumat əsasında adıçəkilən ictimai iaşə müəssisəsində Agentlik əməkdaşları tərəfindən araşdırmalara başlanılıb:

“Hazırda araşdırma davam etdirilir, ictimai iaşə müəssisəsində istifadə olunan qida məhsullarından nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına təqdim olunub.

Araşdırmanın nəticələrinə uyğun olaraq qanunvericilik çərçivəsində müvafiq tədbirlərlər görüləcək”.

Qeyd edək ki, sosial şəbəkədə tez-tez “BİR-İKİ” dönərxanada zəhərlənmələrlə bağlı məlumat yayılırdı. Bunun səbəbi köhnə ət və tərəvəzlərdən hazırlana dönər olub.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 31}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel: (+99455) 252 72 22