fim.az

Bakıda küçə ortasında reklam edilən nədir? – Masaj salonu, yoxsa… (FOTOLAR)

26-09-2019, 15:22

Bakıda küçə ortasında reklam edilən nədir? – Masaj salonu, yoxsa… (FOTOLAR)

Çox təəssüf ki, ölkəmizdə masaj salonu deyəndə ağıla ilk olaraq intim xidmət göstərilən yer gəlir. Buna səbəb isə masaj adı altında fahişəxanaların həddən artıq olmasıdır.

Bu tipli qadın ticarəti ilə məşğul olan yerlərin böyük hissəsi qapatılıb. Amma hələ də gizli yollarla fəaliyyət göstərən “masaj” salonları var. Minval.info xəbər verir ki, belə məkanlar öz reklamlarını əsasən sosial şəbəkələrdə və küçədə edirlər. Belə ki, xanımlarla tanış olmaq üçün yollar axtaran kişilərin daha çox üz tutduğu “ok.ru” saytı bu tipli elanlar üçün əlverişlidir.

İntim xidmət göstərən “masaj” salonları, seks işçiləri, transeksuallar bu şəbəkədə müştəri ovuna çıxır. Saf, erotik hisslərinə qapılıb, “Gəl bizim məkana, burada görüşək” mesajına aldanan yüzlərlə gəncin sonu eyni bitib. Məkana gedir, masada əyləşir, danışdığı xanımla görüşür. Qəfil stolun üstü içki ilə dolur. Sonda da “qurba”nın cibləri boşalır. Çünki masaya nəyin nə qədər gəlməsindən asılı olmayaraq qiymət eynidir, 500-1500 manat… Bu da fırıldağın fərqli bir üsuludur. Oxşar hadisələr Bakıda tez-tez baş verir.

Masaj adı altında intim xidmət göstərənlərin ikinci bir reklam yeri isə işıqforların yanı və parklarda olan kafelərdir. Məsələn, bir neçə gün öncə Nizami rayonu ərazisində, işıqforun qırmızı işığında dayanan zaman əməkdaşımıza “Ayka” massaj salonunun vizit kartı verilib. Reklam kağızlarını paylayan şəxs bunu gün ərzində saatlarla eyni məkanda edir, qırmızı işıqda dayanan sürücülərə bu vizit kartları paylayır.

Kartın üzərində massajın növləri yazılıb. Onlarına rasında 4 əlli masaj diqqət çəkir. Bu cür masaj salonları adı altında hansı xidmətlərin göstərilməsi bir çoxları üçün sirr deyil. Üstəlik reklam kağızının üzərində niyəsə məkanın ünvanı yazılmayıb. Həqiqətən masaj xidməti göstərilən məkan niyə ünvanının gizli saxlasın?

Kağızın üzərində yazılmış telefon nömrələri ilə əlaqə saxladıq. Zəngə cavab verən qadından məlumat almağa çalışdıq. Xanım bildirdi ki, masaj salonunda intim xidmət göstərilmir, mümkün də deyil.
Bakıda küçə ortasında reklam edilən nədir? – Masaj salonu, yoxsa… (FOTOLAR)
Bakıda küçə ortasında reklam edilən nədir? – Masaj salonu, yoxsa… (FOTOLAR)
Bakıda küçə ortasında reklam edilən nədir? – Masaj salonu, yoxsa… (FOTOLAR)
Bakıda küçə ortasında reklam edilən nədir? – Masaj salonu, yoxsa… (FOTOLAR)
Bakıda küçə ortasında reklam edilən nədir? – Masaj salonu, yoxsa… (FOTOLAR)


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 190}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22