fim.az

DİQQƏT! Seksual manyak peyda oldu – Polis hər yerdə onu axtarır

21-10-2019, 13:32

DİQQƏT! Seksual manyak peyda oldu – Polis hər yerdə onu axtarır

Abşeron rayonunda seksual manyak peyda olub.

“Qafqazinfo” xəbər verir ki, günorta saatlarında valideynlər evdə olmayanda mənzillərə daxil olan naməlum şəxs azyaşlı qızlara hücum edərək onlara qarşı seksual xarakterli hərəkətlər edir.

Artıq zərərçəkənlərdən biri, Masazır qəsəbə sakini R.Z polisə müraciət edərək bildirib ki, o, evdə olmadığı müddətdə 14 yaşlı qızı Aygünü (ad şərtidir) aldadaraq evə daxil olan naməlum şəxs qızına qarşı zorla seksual xarakterli hərəkətlər edib.

Abşeron RPŞ hazırda həmin şəxsi axtarır. Onun bu tipli başqa cinayətlər etməsi də istisna edilmir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 286}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22