fim.az

Turistlər Azərbaycana saxta dollar gətirir

22-10-2019, 12:50

Turistlər Azərbaycana saxta dollar gətirir

Son bir ildə, ilyarımda Azərbaycana turist axını müşahidə olunur. Xüsusilə ərəb ölkələrindən bizim gözəl məmləkətə böyük maraq hiss edilir. Amma turistlər ölkəyə təkcə xeyir vermir, problem də gətirir.
Bizimyol.info xəbər verir ki, turistlərin ölkəyə saxta dollar gətirdiyi bildirilir. Bu haqda sosial şəbəkədə ictimai fəal Aysel Ələkbərzadə yazıb. Onun iddiasına görə, son iki gün ərzində təkcə bir banka 4 saxta dollar gətirilib. Amma bu pullarla gələnlərin heç biri əcnəbi deyil.

Məsələ ondadır ki, ölkəyə saxta əsginas gətirən əcnəbilər bunları əsasən taksi sürücülərinə, yolüstü restoranlara, iaşə obyektlərinin işçilərinə, dolayısıyla sadə adamlara verirlər. Həmin məqamlarda əsginasın keyfiyyətini yoxlamaq mümkün deyil. İş ortaya sadə adamlar pulu manata dəyişmək istəyəndə üzə çıxır.

Aysel Ələkbərzadə belə əsginaslardan birinin də ona verildiyi yazır. Sonradan saxta 100-lük dolları banka təhvil verib. İctimai fəal 100-lük manatların da çox saxtalaşdırıldığını qeyd edib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 268}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22