fim.az

Azərbaycanlı arvadını və qohumunu güllələdi — Antalyada dəhşətli cinayət - VİDEO

25-11-2019, 09:30

Azərbaycanlı arvadını və qohumunu güllələdi — Antalyada dəhşətli cinayət - VİDEO


Antalyanın Kumluca rayonunda ailə münaqişəsi zəmnində azərbaycanlı qadın öldürülüb.
Oxu.az xəbər verir ki, Hızırkaya məhəlləsində yaşayan 75 yaşlı Hüseyin Yeni adlı şəxslə təzə evləndiyi azərbaycanlı xanımı Məhəbbət Cəfərova (51 yaş) və onun qohumu Firdevs Əliyeva (51) arasında bilinməyən səbəblərdən mübahisə başlayıb.

Mübahisənin davaya çevrilməsindən sonra qadınlardan biri onun başına sərt bir əşya ilə vurub.

Bundan hiddətlənən Hüseyn Yeni evdəki silahla həyat yoldaşını və onun qohumunu yaralayıb.
Qonşuların xəbər verməsindən sonra əraziyə jandarm və tibb işçiləri gəliblər. Onlar gələnə qədər Fidevs Əliyeva hadisə yerində ölüb.

Hüseyn Yeni və arvadı Məhəbbət Cəfərova özəl xəstəxanaya aparılıblar.

Hər iki yaralının həyatı təhlükə altındadır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 182}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22