fim.az

Həbs edilən polkovnik azadlığa buraxıldı — RƏSMİ

17-12-2019, 08:20

Həbs edilən polkovnik azadlığa buraxıldı — RƏSMİ


Beyləqanda həbs edilən Qarabağ qazisi azadlığa buraxılıb.
Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov xuliqanlıq ittihamı ilə həbs edilən ehtiyatda olan polkovnik Qadir Vəlişova qarşı humanist addım atıb.
Belə ki, V.Eyvazovun göstərişi ilə Q.Vəlişov torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdəki iştirakı nəzərə alınaraq həbsdən azad edilib və istintaq müddətində polisin nəzarətinə verilib.

Qeyd edək ki, Beyləqan rayonunun Kəbirli kənd sakini İrfanə Eminova və əri İbrahim Alıyevin şikayəti əsasında həbs edilib. O, Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq əməlinin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi, zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə təqsirli bilinir.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 324}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22