fim.az

İcra başçısı hadisə yerində - Fotolar

9-01-2020, 11:00

İcra başçısı hadisə yerində - Fotolar


Bu gün Badamdar qəsəbəsində baş verən sürüşmə yerinə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov gəlib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Planlama Ekspedisiyasının rəisi Əziz Qaralov bildirib ki, hadisə nəticəsində eni 80, uzunluğu 100 metr olan torpaq kütləsi sürüşüb: “Hazırda monitorinqlər davam etdirilir, ölçmə işləri aparılır. Sürüşmə aktivdir, gərginlik var”.

O qeyd edib ki, torpaq kütləsi yolu tam bağlayıb: “Sürüşmə restoran divarlarının dibinə kimi gəlib. Burada yaşayış evləri yoxdur. Yamacın aşağısında yerləşən evlərə isə hələ ki, təhlükə yoxdur”.

Əziz Qaralov əlavə edib ki, bu sürüşmə yeni deyil: “Bir il öncə baş verən sürüşmə sahəsinin üzərindəki torpaq kütləsi yenidən sürüşərək yolu qapayıb”.

İcra başçısı hadisə yerində - Fotolar
İcra başçısı hadisə yerində - Fotolar
İcra başçısı hadisə yerində - Fotolar
İcra başçısı hadisə yerində - Fotolar
İcra başçısı hadisə yerində - Fotolar
İcra başçısı hadisə yerində - Fotolar
İcra başçısı hadisə yerində - Fotolar
İcra başçısı hadisə yerində - Fotolar


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 110}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:0705114400