fim.az

Nərmini öldürməkdə ittiham olunan İlkin Süleymanov AZADLIĞA BURAXILIB? — QARDAŞINDAN AÇIQLAMA

24-01-2020, 09:31

Nərmini öldürməkdə ittiham olunan İlkin Süleymanov AZADLIĞA BURAXILIB? — QARDAŞINDAN AÇIQLAMA


10 yaşlı Nərmin Quliyevanı öldürməkdə ittiham olunan İlkin Süleymanovun həbsdən azad edilməsilə bağlı redaksiyamıza məlumat daxil olub.
"Ölkə.Az"ın əməkdaşı daxil olan xəbərlə bağlı İlkin Süleymanovun qardaşı Adil Süleymanovla əlaqə saxlayıb. O bildirib ki, qardaşının apellyasiya şikayəti əsasında Sabunçu Rayon Məhkəməsində iclas keçirilib. Onun azadlığa buraxılmasıyla bağlı vəsatət isə təmin edilməyib.
Qeyd edək ki, Tovuz rayonunun Dondar Quşçu kəndində anadan olmuş 2010-cu il təvəllüdlü Quliyeva Nərmin Şərif qızı 2019-cu il noyabrın 21-də itkin düşüb. Yanvarın 6-da azyaşlının Dondar Quşçu kəndi ərazisində yanmış meyiti aşkar edilib.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib. İ.Süleymanov şübhəli şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 341}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22