fim.az

Şaman ilanı tərəfindən ÖLDÜRÜLDÜ — VİDEO

30-01-2020, 10:33

Şaman ilanı tərəfindən ÖLDÜRÜLDÜ — VİDEO


İndoneziyada şaman zəhərli ilanı ilə öyünmək istəyərkən, canından olub.
Hadisə, kral kobrasını tutan və insanları müalicə etdiyi daxmada bir həftə saxlayan şaman Norgianın başına gəlib. Şaman ilanı qonşularına göstərmək qərarına gəlib.

Videoda göründüyü kimi ilan onun üzünə tərəf hücum etmək istəyib, lakin o, bu hücumdan qorunub. Bundan sonra ilan onun biləyindən sancıb, lakin kişi buna əhəmiyyət verməyərək, öz işinə davam edib.

Hadisədən 2 saat sonra, özünü pis hiss edən şaman təcili xəstəxanaya çatdırılıb.
Zəhər orqanizminə yayıldığı üçün həkimlər kişiyə kömək edə bilməyib. Norgani həmin gün vəfat edib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 269}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22