fim.az

DİN Kamil Musəvi ilə bağlı araşdırmaya başladı — VİDEO

7-02-2020, 15:37

DİN Kamil Musəvi ilə bağlı araşdırmaya başladı — VİDEO


Ötən gün 60 saylı Salyan-Neftçala seçki dairəsindən deputatlığa namizəd Fəzail Ağamalıya qarşı Qarabağlı kəndində aparılan təxribata hüquqi qiymət verilməsi üçün Daxili İşlər Nazirliyi (DİN) tərəfindən araşdırma aparılacaq.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, 60 saylı Salyan-Neftçala seçki dairəsindən deputatlığa namizəd Fəzail Ağamalıya qarşı Qarabağlı kəndində təxribat baş verib. F.Ağamalı təxribatın digər deputatlığa namizəd Kamil Musəvi tərəfindən hazırlandığını bildirərək, DİN, MSK, DTX və Baş Prokurorluğa müraciət edib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 343}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22