fim.az

Evli kişidən uşaq doğan tələbə qız: "Bibilərim deyir ki, get fahişəlik et, pul qazan" — VİDEO

13-02-2020, 11:14

Evli kişidən uşaq doğan tələbə qız: "Bibilərim deyir ki, get fahişəlik et, pul qazan" — VİDEO


Evli kişidən uşaq dünyaya gətirən Səlihət qohumlarının təzyiqi ilə üz-üzə qalıb.

Baku.ws xəbər verir ki, əlində bir uşaqla ortalıqda qalan qadın Xoşqədəm Hidayətqızının "Səni axtarıram" proqramından kömək istəyib.

Tənha ananın sözlərinə görə, bibiləri və əmisi onları yaşadıqları ata evindən çıxarmaq istəyir. Qohumlar ata yurdunda ata bilinməyən uşağın yaşamasına etiraz edirlər.

Səlihət bibilərinin onu əxlaqsızlığa sövq etdiyini deyir:

"Bibilərim mənə deyir ki, qanunsuz uşaq doğmusan. Mən səhvimi qəbul edirəm. Mənim səhvim Elşənə inanmağımdır. Amma onlar bibi kimi mənə arxa durmadılar. Əksinə məni kənddə pislədilər. Beş bibim, bir əmim məni kənddən qovub, torpağıımızı, evimizi əlimizdən almaq istəyirlər. Bibilərim deyir ki, pis yola get, pul qazan, özünə varlı kişi tap. Öz bibilərim mənə bunu deyirsə, Elşən kimilər nə deyəcək?"

3 il əvvəl Balakən rayon Kortala kəndindən Bakıya oxumağa gələn Səlihət 2017-ci ildə 2018-ci ildə Lənkəranın Kərgəlan kəndindən olan İsmayılov Elşən Novruz oğlu tanış olub, 2018-ci ildə ondan bir uşaq dünyaya gətirib.

Elşən tələbə qıza subay olduğunu bildirərək onunla münasibət qurub. 1 il Bakıda kirayə tutduqları evdə bərabər yaşayıblar. 2018-ci ildə uşaq doğulub. Evli kişi tələbə qızın hamilə olduğunu öyrəndikdən sonra aradan çıxıb. Hazırda Elşənin 35, bir uşaqla ortalıqda qalan qadının 22 yaşı var. Atası axtarılan uşağın isə 2 yaşı var.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 234}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22