fim.az

SON DƏQİQƏ: Bakıda bina yanır — ANBAAN VİDEO

18-02-2020, 15:10

SON DƏQİQƏ: Bakıda bina yanır — ANBAAN VİDEO


Bakıda çoxmərtəbəli binada yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, “112” qaynar xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, 48A ünvanında 17 mərtəbəli yaşayış binasının yeddinci mərtəbəsində mənzildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın qısa zamanda söndürülüb və geniş əraziyə yayılmasının qarşısı alınıb.
Yanğın nəticəsində ümumi sahəsi 130 kv.m. olan üç otaqlı mənzilin 20 kv.m. sahəsi olan mətbəxi yanıb. Mənzilin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 319}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22