fim.az

Tutulan generala bu maddələrlə cinayət işi açıldı

15-05-2020, 10:44

Tutulan generala bu maddələrlə cinayət işi açıldı


Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılan Dövlət Sərhəd Xidmətinin yüksək vəzifəli şəxsləri ilə bağlı cinayət işinə başlanılıb.
Qafqazinfo məlumatına görə, saxlanılan şəxslərlə bağlı istintaq Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılır.

Faktla bağlı Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılıb.

DSX rəisi Elçin Quliyevin müavini, general Əfqan Nağıyev şübhəli şəxs qismində cinayət məsuliyyətinə cəlb edilib. Onunla birlikdə daha üç vəzifəli şəxsin saxlanıldığı bildirilir.

İlkin məlumata görə, general və əməkdaşları balıqçıların gəmi ilə qanunsuz ov etməsinə şərait yaratmaq şübhəsi ilə tutulublar. Rəsmi açıqlamada qeyd olunan mülki şəxslərin də balıqçı olduqları bildirilir.

Hazırda DTX və Baş Prokurorluq tərəfindən birgə istintaq hərəkətləri davam etdirilir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 12}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel: (+99455) 252 72 22