fim.az

Həbs edilən XİN əməkdaşı "avtoş"un atası imiş — VİDEO

7-07-2020, 11:14

Həbs edilən XİN əməkdaşı "avtoş"un atası imiş — VİDEO


Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti bir neçə gün əvvəl Xarici İşlər Nazirliyində keçirilən əməliyyatın videosunu yayıb.
Avtosfer.az xəbər verir ki, videoda adı çəkilən Nurupaşa Abdullayev 2016-cı ildə Bakıda 20 yol polisi maşınından qaçaraq avtoxuliqanlıq edən, 2017-ci ildə isə qeyri-müəyyən səbəbdən ölən Nicat Abdullayevin atasıdır. Nicat Abdullayev həbs ediləndə atası Nurpaşa Abdullayev onu xilas etmək üçün polislərə təzyiqlər göstərməyə çalışmışdı.

Azərbaycan Dillər Universitetini bitirən Nicat Abdullayev həm də ailənin tək övladı idi. O, avtoxuliqanlığa görə dəfələrlə məhkum olunmuşdu. Atası onun əlindən avtomobili alsa da, dost-tanışın maşınını götürüb öz əməllərini təkrar edirdi.
Onun ilk məhkumluğu isə 2014-cü ilin 29 oktyabr tarixində olmuşdu.

Nicat Abdullayevin atası Nurupaşa Abdullayev Xarici İşlər Nazirliyinin Turizm şöbəsinin rəisi idi. Bundan əlavə, onun turizm biznesi ilə də məşğul olduğu bildirilir. Məlumata görə, Nurupaşa Abdullayev məmur olmaqla yanaşı, Bakının 3-cü mikrorayon bazarının əsas sahiblərindən biridir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 48}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel: (+99455) 252 72 22