fim.az

Erməni hərbi PUA-sı vuruldu, MN təsdiqlədi - VURULMA ANI - ANBAAN VİDEO

21-09-2020, 09:33

Erməni hərbi PUA-sı vuruldu, MN təsdiqlədi - VURULMA ANI - ANBAAN VİDEO


Sentyabrın 20-də saat 23:00 radələrində Şəmkir rayonu ərazisində güclü partlayış səsi eşidilib.
Bu barədə Musavat.com-a rayon sakinləri məlumat verib. Məlumatda bildirilir ki, ard-arda iki güclü partlayış səsi eşidilib.

Musavat.com yayılan xəbərlə bağlı araşdırma aparıb.

Mötəbər qaynaqlardan aldığmız qeyri-rəsmi məlumata görə, qeyd edilən saatda Şəmkir rayonu ərazisində erməni hərbi PUA-sı (Pilotsuz Uçuş Aparatı) Azərbaycan hərbi qüvvələri tərəfindən məhv edilib.

Vurulan hərbi PUA Şəmkir rayonun Sabirkənd kəndi ərazisi üzərində vurulub, rayonun Ağdağlar adlanan məhəlləsinə düşüb.

O da bildirilir ki, PUA ermənilərlə sərhəd istiqamətində vurulub.

Musavat.com bildirir ki, xəbərin yayılmasından 1 saat sonra Azərbaycan Müdafiə Nazirliyi faktı təsdiqləyib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 374}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22