fim.az

Azərbaycan erməni kamikadze dronunu havada məhv etdi - ANBAAN VİDEO

2-10-2020, 13:51

Azərbaycan erməni kamikadze dronunu havada məhv etdi - ANBAAN VİDEO


Azərbaycan Ordusunun ermənilərə məxsus kamikadze dronu məhv etməsi kameralara düşüb.
''Ölkə.Az'' baku.ws-ə istinadən xəbər verir ki, Ermənistanın xain hücumuna cavab verən ordumuz düşmənə daha bir zərbə vurub. Dronun vurulması kamerası anbaan cəbhə bölgəsində çəkiliş aparan Türkiyənin "A haber" kanalının kameralarına düşüb.

Kanalın müxbirinin sözlərinə görə, erməni ordusu müntəzəm olaraq hücumlara cəhd edir. Ancaq Azərbaycan Ordusu səlis atəşləri ilə onun bütün cəhdlərinin qarşısını alır.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi sentyabrın 27-si səhər saatlarından sentyabrın 30-u saat 21.30-dək düşmənin ümumi itkilərinin aşağıdakı kimi olduğunu açıqlamışdı.

- 200-dək tank və digər zirehli texnika;

- 228 ədəd artilleriya, yaylım atəşli raket sistemləri, minaatan;

- 30 ədəd hava hücumundan müdafiə vasitələri;

- 6 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi;

- 5 silah-sursat anbarı;

- 110-dan artıq avtomobil texnikası;

- 1 ədəd “S-300” zenit-raket kompleksi.

Dünən və bu gün də düşmənin çox sayda texnikası, o cümlədən canlı qüvvəsi məhv edilib.

Videonu Ölkə.Az-ın teleqram hesabından izləyə bilərsiniz:

https://t.me/olkeaz/1115


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 347}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22