fim.az

Ermənistan Kəlbəcərdə ekoloji terroru davam etdirir

16-11-2020, 11:45

Ermənistan Kəlbəcərdə ekoloji terroru davam etdirir


Təcavüzkar Ermənistan Kəlbəcər rayonunda meşələri qəsdən qırmaqla və yandırmaqla Azərbaycanın işğal altında saxladığı ərazilərində ekoloji terroru davam etdirir.
Ombudsman Aparatından Azvision.az -a verilən məlumata görə, bu, regionun, ümumilikdə isə planetin ekoloji durumuna ciddi zərər vuran ekoloji cinayətdir.

Ombudsman Səbinə Əliyeva yerli və xarici medianın faktlarla təsdiq etdiyi, ekoloji terroru öz işğalçı əməlləri üçün vasitəyə çevirən Ermənistanın dayandırılması üçün dünya dövlətlərinə, beynəlxalq təşkilatlara, o cümlədən ekologiya və ətraf mühitin mühafizəsi sahəsində fəaliyyət göstərən beynəlxalq qurumlara müraciət edərək, təcavüzkar Ermənistan tərəfindən davam etdirilən ekoloji terrorun qarşısının alınması alınması ilə bağlı təcili tədbirlərin görülməsinə çağırıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 259}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22