fim.az

Bu günün havası: Yağış, külək, qar

20-11-2020, 10:15

Bu günün havası: Yağış, külək, qar


Sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti xəbər verir ki, noyabrın 20-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gündüz yarımadanın bəzi yerlərində arabir yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək, gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6, gündüz 8-11, Bakıda gecə 4-6, gündüz 8-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 774 mm civə sütunundan 768 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək.

Noyabrın 20-də Azərbaycanın rayonlarında arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-6, gündüz 7-10, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-5 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza görə, noyabrın 20-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 144}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 2323331