fim.az

Sabirabadda karantin rejimini pozan iki kafe aşkar edilib

29-12-2020, 10:01

Sabirabadda karantin rejimini pozan iki kafe aşkar edilib

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyası ilə mübarizə çərçivəsində elan edilmiş xüsusi karantin rejiminin tələblərinin pozulmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində rayonun Həşimxanlı kəndində karantin qaydalarına zidd olaraq müştərilərə yerində fəaliyyət göstərən iki kafe aşkar edilib.

Hər iki kafedə 20-yə yaxın müştərinin olduğu müəyyən edilib. Onlardan səkkiz nəfər barəsində inzibati qaydada cərimələr tətbiq olunub, digərlərinə isə ciddi xəbərdarlıq edilib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 253}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22