fim.az

Azərbaycanlı jurnalist VƏFAT ETDİ - FOTO

18-03-2021, 10:59

Azərbaycanlı jurnalist VƏFAT ETDİ - FOTO


Rusiyada yaşayan azərbaycanlı jurnalist Araz Axundov vəfat edib.
APA xəbər verir ki, Araz İsmayıl oğlu Axundov martın 17-də 77 yaşında Moskvada dünyasını dəyişib.

Tanınmış şərqşünas, ərəbşünas, jurnalist A.Axundov uzun müddət Livan, İraq və Suriyada çalışıb. O, son illərə qədər "Russia Today" Beynəlxalq Telekanalının ərəb redaksiyasında fəaliyyət göstərib.

A.Axundov həm də fotoqraf kimi tanınıb. 2011-ci ildə Moskva Millətlər Evində onun Azərbaycan və Moskvaya həsr olunan "Azərbaycan və Moskva Araz Axundovun gözü ilə" adlı ilk şəxsi sərgisi keçirilib.

Azərbaycanlı jurnalist VƏFAT ETDİ - FOTO


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 273}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22