fim.az

Azərbaycan Ordusunun itkin düşən daha bir hərbçisinin nəşi tapıldı - FOTO

6-04-2021, 10:10

Azərbaycan Ordusunun itkin düşən daha bir hərbçisinin nəşi tapıldı - FOTO


Azərbaycan Ordusunun Vətən müharibəsində itkin düşən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Cəfərov Təbriz İlqar oğlunun nəşi tapılıb.
Report xəbər verir ki, şəhid bu gün Bərdə şəhərindəki Şəhidlər xiyabanında torpağa tapşırılacaq.

Qeyd edək ki, Cəfərov Təbriz İlqar oğlu 1995-ci ildə anadan olub. O, 2014-2016-cı illərdə həqiqi hərbi xidmət keçib. 2020-ci ilin sentyabr ayında Vətən müharibəsi başlayan zaman müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə başlayıb. O, müharibənin şiddətli vaxtı Suqovuşan ərazisində gedən döyüşlərdə itkin düşmüşdü.

Allah rəhmət eləsin!

Azərbaycan Ordusunun itkin düşən daha bir hərbçisinin nəşi tapıldı - FOTO


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 316}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22