fim.az

Bərdədə sexdə 10 ton mal yanıb

16-07-2021, 10:49

Bərdədə sexdə 10 ton mal yanıb


Bərdə rayonunun Mirzalıbəyli kəndində sexdə yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin saytı xəbər verir ki, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.

İlkin məlumata əsasən, kağız emalı sexinə aid ümumi sahəsi 430 m² olan birmərtəbəli tikilinin dam örtüyünün taxta atmaları qarsalanıb, içərisində olan 80 ton kağız mallarının 10 tonu yanıb. Tikilinin və kağız malların qalan hissəsi yanğından mühafizə olunub.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 33}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:0705114400