fim.az

Ticarət mərkəzindəki yanğın yerindən CANLI YAYIM

16-10-2021, 12:11

Ticarət mərkəzindəki yanğın yerindən CANLI YAYIM


Bakının Nərimanov rayonunda yanğın başlayıb.

“Qafqazinfo”nun hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğın “Metro City” ticarət mərkəzindədir.

Ticarət mərkəzinin içinin mallarla dolu olduğu bildirilir. Hazırda yanğının lokallaşdırılması üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən maşınları cəlb edilib.

***

Yanğın baş verən ticarət mərkəzinə bitişik dayanan maşın polis əməkdaşları tərəfindən hadisə yerindən çıxarılıb. Qeyd edilib ki, əks halda partlayış baş verə bilərdi.

***

Ticarət Mərkəzində fəaliyyət göstərən sahibkarlardan bir neçəsi “Qafqazinfo”ya bildirib ki, ticarət mərkəzi saat 9-da açılır. Ona görə də mağaza sahibləri içəridə olmayıb. Yanğın təxminən 8:00-8:30 radələrində başlayıb.

***

Fövqəladə Hallar Nazirliyi yanğınla bağlı məlumat yayıb: "FHN-in “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən obyektlərdə yanğın olması barədə məlumat daxil olub. Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğın baş verdiyi ünvana cəlb olunub".

***

İlkin məlumata görə, ticarət mərkəzində 30-dan çox mağaza fəaliyyət göstərib. Sahibkarların sözlərinə görə, hər mağazada ən azı 50-60 min manatlıq malları olub.

***

Yaxınlıqdakı obyektlərdən birinin mühafizəçisi, hadisə şahidi Eldəniz İbrahimov “Qafqazinfo”ya bildirib ki, yanğın 10 dəq ərzində başlayaraq sürətlənib: “Bir xanım dedi ki, tüstü çıxır. 101-i tez yığdım, gəldilər. Təxminən 9-a işləmiş radələrində başladı. Orta hissəsindən başladı mərkəzin. Həmin vaxt obyekt bağlı olub, içəridə heç kim yox idi”.

***

Metronun yanğın baş verən əraziyə olan çıxışı bağlanılıb.

***

FHN-dən verilən məlumata görə, artıq yanğın söndürülüb. İlkin məlumata əsasən, hadisə nəticəsində 300 kvadrat metr ərazi yanıb.

Murad Əhməd

Ticarət mərkəzindəki yanğın yerindən CANLI YAYIMTicarət mərkəzindəki yanğın yerindən CANLI YAYIMTicarət mərkəzindəki yanğın yerindən CANLI YAYIMTicarət mərkəzindəki yanğın yerindən CANLI YAYIMTicarət mərkəzindəki yanğın yerindən CANLI YAYIMTicarət mərkəzindəki yanğın yerindən CANLI YAYIMTicarət mərkəzindəki yanğın yerindən CANLI YAYIMTicarət mərkəzindəki yanğın yerindən CANLI YAYIM


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 91}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:0705114400