fim.az

Ağdamda minaya düşən şəxsin nəşi ərazidən çıxarılıb

16-11-2021, 15:00

Ağdamda minaya düşən şəxsin nəşi ərazidən çıxarılıb


Ağdamın işğaldan azad olunan Tağıbəyli kəndi minaya düşən şəxsin əşi ərazidən çıxarılıb

Trend xəbər verir ki, hadisə nəticəsində həlak olan Ağayev Zaur İsa oğlunun nəşini ərazidən çıxartmaq mümkün olub. Mərhumun nəşi ailəsinə təhvil verilib.

Xatırladaq ki, noyabrın 15-də saat 17 radələrində 1980-ci il təvəllüdlü Ağayev Zaur İsa oğlunun Ağdam rayonunun işğaldan azad edilmiş Tağıbəyli kəndi ərazisində piyada əleyhinə minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Ağdam rayon prokurorluğunda aparılmış araşdırmalarla Zaur Ağayevin kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə minaya düşməsi nəticəsində ölməsi müəyyən edilib.

Faktla bağlı Ağdam Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 197}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22