fim.az

Avtomobil su kanalına aşdı - Ölənlər var

6-12-2021, 09:44

Avtomobil su kanalına aşdı - Ölənlər var


Sabirabadda iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə "Qafqazinfo"ya Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Nazirliyin "112" qaynar telefon xəttinə, rayonun Nərimankənd kəndində "QAZ" markalı minik avtomobilinin su kanalına aşması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobilin sürücüsü, 1990-cı il təvəllüdlü Bayramov Fəyal Eldar oğlunun və sərnişini, 1989-cu il təvəllüdlü Məmmədov Cəlal Qurban oğlunun meyitlərini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 254}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22