fim.az

Fransa prezidentliyinə namizəd gizlicə Qarabağa gəldi - FOTO

23-12-2021, 09:00

Fransa prezidentliyinə namizəd gizlicə Qarabağa gəldi - FOTO



Fransa prezidentliyinə namizəd, Paris bölgəsi İl-de-Fransın rəhbəri Valeri Pekress gizli şəkildə Qarabağa səfər edib.
"Qafqazinfo" xəbər verir ki, bu barədə "France Télévisions"un jurnalisti və siyasi şərhçisi Julen Neni Tvitterdə məlumat verib.

"Valeri Pekress bu gün Qarabağa səfər edib. Orada yerli siyasətçilərlə tanış olub. Təhlükəsizliyə görə səfər Ermənistanda olan əksər fransız mediası, o cümlədən, "France" TV tərəfindən işıqlandırılmayıb", - deyə Neni yazıb.

Qeyd edək ki, Pekress Ermənistana dünən səfər edib.

Fransa prezidentliyinə namizəd gizlicə Qarabağa gəldi - FOTOFransa prezidentliyinə namizəd gizlicə Qarabağa gəldi - FOTO


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 214}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22