Quba-Xınalıq yolunda qar uçqunu baş verib.
Report xəbər verir ki, təbiət hadisəsi yolun 36-cı km-də qeydə alınıb.
Güclü külək nəticəsində meydana gələn uçqun nəticəsində yol bağlanıb. Nəticədə Xınalıq-Quba, həmçinin əks istiqamətdə hərəkətdə olan nəqliyyat vasitələrinin növbəsi yaranıb.
Yol təsərrüfatının bərpası üçün 5 saylı Yol İstismar MMC-nin texnikası və canlı qüvvəsi əraziyə cəlb olunub.
![Qar uçqunu Quba-Xınalıq yolunu bağladı - FOTO Qar uçqunu Quba-Xınalıq yolunu bağladı - FOTO](https://olke.az/file/articles/2022/03/25/1648188090_6f87db86-d52f-4ee6-8a31-4a9d116ca7f3.jpeg)
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 161}