fim.az

Təranə Səmədova narkotik gəzdirdiyi üçün saxlanılıbmış

12-05-2022, 12:30

Təranə Səmədova narkotik gəzdirdiyi üçün saxlanılıbmış


Prodüser Təranə Səmədovanın polis tərəfindən saxlanılmasının səbəbi məlum olub.

“O, qanunsuz olaraq narkotik maddə gəzdirdiyi üçün saxlanılıb.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) maddəsi ilə protokol tərtib edilib və baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin T. Səmədovanın hamilə olduğunu nəzərə alaraq, ona həbs cəzası verməyib. Prosüser 400 manat məbləğində cərimə olunaraq sərbəst buraxılıb.

Xatırladaq ki, T. Səmədova ötən ay da polisə müqavimətə görə saxlanılmış və 200 manat cərimə ödədikdən sonra sərbəst buraxılmışdı.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 35}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22