fim.az

Dənizdə batan tələbənin meyiti tapıldı - YENİLƏNİB

22-06-2022, 11:47

Dənizdə batan tələbənin meyiti tapıldı - YENİLƏNİB


Dənizdə batan Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecin sonuncu kurs tələbəsi Səfər Niftaliyevin meyiti tapılıb.

Onun meyiti bu gün səhər saat 5 radələrində tapılaraq ailəsinə təhvil verilib.

Abşeronun Novxanı kəndində 20 yaşlı Səfər Niftaliyev dənizdə batıb.

Ölkə.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, hadisə iyunun 20-də baş verib.

Hadisədən sonra dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Qeyd edək ki, S.Niftaliyev Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecinin sonuncu kurs tələbəsi olub. Əslən Ağsudan olan Səfər gələn ay hərbi xidmətə yollanmalı idi. Dənizdə batan gənc təhsil aldığı kollecin Tələbə Gənclər Təşkilatının sədr müavini olub.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 40}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22