fim.az

Bakı sakinləri Rusiya səfirliyi önünə gül dəstələri gətirirlər - FOTO

23-03-2024, 11:12

Bakı sakinləri Rusiya səfirliyi önünə gül dəstələri gətirirlər - FOTO


Rusiyanın Azərbaycandakı səfirliyinin önünə Bakı sakinləri gül dəstələri gətirməyə başlayıblar.

Oxu.Az-ın məlumatına görə, onlar martın 22-də axşam saatlarında Moskva vilayətində yerləşən “Crocus City Hall” konsert kompleksində törədilən terror hücumunda həlak olanların yaxınlarına dəstək nümayiş etdirirlər.

Xatırladaq ki, martın 22-də Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərindəki “Crocus City Hall” konsert zalında terror aktı törədilib. Naməlum şəxslər məkana daxil olaraq insanları güllələməyə başlayıb, daha sonra yanğın törədərək hadisə yerindən uzaqlaşıblar. Hadisə zamanı həlak olanların sayı 82-yə çatıb, 147 nəfər yaralanıb.

Bakı sakinləri Rusiya səfirliyi önünə gül dəstələri gətirirlər - FOTOBakı sakinləri Rusiya səfirliyi önünə gül dəstələri gətirirlər - FOTOBakı sakinləri Rusiya səfirliyi önünə gül dəstələri gətirirlər - FOTO


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 247}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22