Главная > hadise > Bacısıgilə qonaq gedən tələbə qız faciəvi şəkildə ölüb

Bacısıgilə qonaq gedən tələbə qız faciəvi şəkildə ölüb


6-12-2018, 12:43. Разместил: vasif
Bacısıgilə qonaq gedən tələbə qız faciəvi şəkildə ölüb
















Astarada 18 yaşlı tələbə dəm qazından zəhərlənərək vəfat edib.

Qafqazinfo məlumatına görə, 2000-ci il təvəllüdlü, Astara rayon sakini İbrahimzadə Leyla İlşat qızı hamamda çimərkən dəm qazından zəhərlənib.

Belə ki, Lənkəran Dövlət Universitetinin tələbəsi olan L.İbrahimzadə ötən gün bacısı Roza İbrahimzadənin evinə gedib. Bu zaman bədbəxt hadisə baş verib.

Rayon prokurorluğunun əməkdaşları tərəfindən əməliyyat-istintaq qrupunun üzvləri ilə birlikdə hadisə yerinə baxış keçirilib. Meyitin müayinə olunması üçün ekspertiza təyin edilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Вернуться назад