Главная > hadise > Azərbaycanda ana və körpəsinin meyiti tapılıb

Azərbaycanda ana və körpəsinin meyiti tapılıb


14-06-2019, 10:54. Разместил: vasif
Azərbaycanda ana və körpəsinin meyiti tapılıb


Qusar rayonu ərazisində ana və yeni doğulan uşağın meyiti tapılıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Suvacal kəndində qeydə alınıb.

Kənd sakini 27 yaşlı Ema Ağamuradova yaşadığı evin ərazisində uşaq dünyaya gətirdikdən sonra ölüb. Onun və dünyaya gələn uşağın meyiti aşkarlandıqdan sonra hüquq-mühafizə orqanlarına məlumat verilib.

Uşağın dünyaya ölü gəldiyi bildirilir.

Faktla bağlı Qusar rayon prokurorluğunda araşdırmalar davam etdirilir.
Вернуться назад