fim.az

““Qarabağ” ciddi rəqibdir” — BATE-nin baş məşqçisi

3-08-2018, 10:19

““Qarabağ” ciddi rəqibdir” — BATE-nin baş məşqçisi
















“Özümüzü aldatmamaq üçün HİK-lə səfər matçınadək uzağa boylanmırdıq. Ona görə də potensial rəqibləri əvvəldən detallı şəkildə öyrənməmişdik. Əminəm ki, “Qarabağ” ciddi rəqibdir”.
Bu fikirləri Sport24.az-a açıqlamasında “Qarabağ”ın Çempionlar Liqasının III təsnifat mərhələsində rəqibi olan BATE-nin baş məşqçisi Aleksey Baqa deyib.

37 yaşlı belaruslu mütəxəssis qısa zaman kəsiyində rəqibi təhlil edəcəklərini bildirib:
“Bilirəm ki, “Qarabağ” ötən mövsüm ÇL-in qrup mərhələsində çıxış edib. Yəqin ki, Bakıdakı ab-hava bizim üçün asan olmayacaq və stadiona çox sayda yerli azarkeş gələcək. Azərbaycan klubu ilə oyunun hazırlığına Helsinkidə belçikalı hakimin final fitindən sonra start verdiyimizi demək olar. Boşa veriləsi vaxt yoxdu. İlk görüşü səfərdə keçirəcəyik. Rəqibi analiz etməklə əldə olunan məlumata əsasən, Bakıdakı oyunu necə quracağımıza qərar verəcəyik”.

Qeyd edək ki, “Qarabağ”la BATE arasında ilk matç avqustun 7-də Bakıda, cavab qarşılaşması isə ayın 14-də Borisovda olacaq.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 388}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22