fim.az

Qurban Qurbanov: "Adətən qollar səhvlərdən sonra vurulur"

15-08-2018, 11:01

Qurban Qurbanov: "Adətən qollar səhvlərdən sonra vurulur"

















"BATE klubunu növbəti mərhələyə vəsiqə qazanması münasibətiylə təbrik edirəm. Hər iki oyunda çox intizamlı komanda olduğunu göstərdilər. Futbolçularımdan razı qaldım, son ana qədər mübarizə apardılar".

Bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının III təsnifat mərhələsində Belarusun BATE klubu ilə keçirilən cavab oyunundan (1:1) sonra təşkil edilən mətbuat konfransında deyib.

"Qarabağ"ın hər iki görüşdə buraxdığı qolun müdafiə xəttinin səhvi olduğuna dair sualı da cavablandıran Qurbanov bunun futbolun bir hissəi olduğunu bildirib: "Adətən qollar səhvlərdən sonra vurulur. Heyətimizin yeniləndiyini və futbolçular arasında anlaşmanın lazımi səviyyədə olmadığını nəzərə almalıyıq".

Q.Qurbanov hakimliklə bağlı danışmaq istəməyib: "Hakimlik haqda heç vaxt danışmıram. Artıq bu oyunu unudub, Avroliqanın pley-off-u haqda fikirləşməliyik".


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 520}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22