fim.az

Qurban Qurbanov: "Şanslarımız qalır"

24-08-2018, 11:04

Qurban Qurbanov: "Şanslarımız qalır"















"Rəqib müdafiədə çox yaxşı təşkilatlanmış komandadı. Olduqca intizamlı oynadılar, bu da onların necə yaxşı komanda olduğunu göstərir".

Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Moldovada "Şerif"ə 0:1 hesabı ilə uduzduqları Avropa Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

46 yaşlı mütəxəssis bildirib ki, cavab oyununda xüsusi nəysə dəyişmək haqda danışmaq üçün tezdir: "Şerif" 1:0 hesablı qələbə qazansa da, qrup mərhələsi üçün şanslarımız qalır. Bu şansdan da cavab matçında maksimum istifadə etməyə çalışacağıq".

Qeyd edək ki, "Qarabağ" və "Şerif" arasındakı cavab görüşü avqustun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyun saat 21:00-da başlanacaq.

///Qaynarinfo


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 146}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel: (+99455) 252 72 22