fim.az

Nurməhəmmədovun atası Makqreqoru Dağıstana dəvət edib – Video

19-10-2018, 13:08

Nurməhəmmədovun atası Makqreqoru Dağıstana dəvət edib – Video















Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə qalibi olan rusiyalı samboçu Həbib Nurməhəmmədovun atası və məşqçisi Abdulmanap Nurməhəmmədov irlandiyalı boksçu Konor Makqreqoru təhqirlərinə görə bağışlayıb və onu Dağıstana dəvət edib.

İnterAz Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu o, “Youtube” kanalına yerləşdirilən videoda deyib.

“Bütün bunları bağışlayıram, mərhəmətli olmaq lazımdır”, – deyə o bildirib.

Böyük Nurməhəmmədov həmçinin Makqreqoru dekabrın 15-də Dağıstan Respublikasında keçiriləcək peşəkar döyüş sambosu üzrə dünya çempionatına dəvət edib.

Bundan əvvəl Konor Makqreqor Həbib Nurməhəmmədovla revanş döyüşü keçirmək niyyətində olduğu bildirmişdi.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 139}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel: (+99455) 252 72 22