» » “Qızıl top”un sahibi məlum oldu

“Qızıl top”un sahibi məlum oldu

  • 4-12-2018, 11:28
  • idman
  • 14
“Qızıl top”un sahibi məlum oldu
















Parisdə “Qızıl top” mükafatının təqdim edilməsi mərasimi keçirilib.

Oxu.Az xəbər verir ki, gözlənildiyi kimi “İlin ən yaxşı futbolçusu” adına “Real”ın xorvatiyalı legioneri Luka Modriç layiq görülüb.

Modriç mükafata əsas namizədlər olan Kriştianu Ronaldu, Antuan Qrizmann və Kilian Mbappeni geridə qoyub.

Qeyd edək ki, Luka Modriç bu il FIFA-nın “Dünyanın ən yaxşı oyunçusu” titulunu qazanıb.

Xatırladaq ki, “Qızıl Top” “France Football” həftəlik dərgisinin baş redaktoru olan Qabriel Anonun təşkil etdiyi illik mükafatdır. Mükafat 1956-cı ildən futbol yazarlarının fikrinə əsasən ən yaxşı oyunçuya təqdim olunur. Mükafatın ilk qalibi 1956-cı ildə ingiltərəli hücumçu Stenli Metyuz olub.

“Qızıl top”un sahibi məlum oldu
Oxşar xəbərlər
«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Mədəniyyət