fim.az

Həbib Nurməhəmmədov İŞİD-lə bağlı dindirilib – KİV

26-12-2018, 14:59

Həbib Nurməhəmmədov İŞİD-lə bağlı dindirilib – KİV















Yüngül çəkidə rusiyalı UFC çempionu Həbib Nurməhəmmədov İŞİD-lə bağlı dindirilib.

Report xəbər verir ki, bu barədə “Telegram”da yayımlanan “Ploxoy leytenant” telekanalı məlumat yayıb. Hadisə 30 yaşlı dağıstanlı döyüşçünün həmyerliləri ilə Rusiyadan Türkiyəyə uçmaq istədiyi vaxt baş verib.

Rusiya Sərhəd Xidmətinin əməkdaşları Nurməhəmmədovun məşhurluğuna əhəmiyyət verməyərək, onu hava limanındakı nəzarət-buraxılış məntəqəsində sorğu-sual ediblər. Dindirmə üçün gələn əməliyyatçılar az sonra qəzəbli idmançı ilə şəkil çəkdiriblər və onun tezliklə keçməsinə kömək göstəriblər.

“O, Mişa və daha bir əməkdaşla şəkil çəkdirdikdən sonra qalanlarının istəyini rədd edərək, uçdu”, – Rusiya Sərhəd Xidmətinin əməkdaşı söyləyib.

Qeyd edək ki, Həbib Nurməhəmmədov “Diriliş Ertuğrul” serialının çəkiliş prosesini izləmək üçün Türkiyədə olub.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 394}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22